Пятница, 19.04.2024, 01:37
Приветствую Вас Гость | RSS
Главная | Регистрация | Вход
Меню сайта
Форма входа
Календарь новостей
«  Февраль 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
2526272829
Поиск
Друзья сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 132
Статистика
Axtardiginiz Hershey ucun Tek Mekan
Главная » 2008 » Февраль » 26 » Ramil Seferovun hebsinden 4 il keçib.
Ramil Seferovun hebsinden 4 il keçib.
17:15
1469 gun-4 il 7 gun- Bəziləri üçün qısa, bəziləri üçün isə uzun görünən bu rəqəm Ramilin həbsdə olduğu günlərin sayıdır. Bəli, bu gün Ramilin həbsindən nə az, nə çox düz 4 il keçib.19 fevral ədalətsiz qərarla Ramil ömürlük həbs cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə... Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xüsusi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı.

İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həbs cəzası verildi. K.Levonyan isə cəmi 3 ildən sonra azadlığa buraxıldı.

Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu.

Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən həbs edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi.Onun azad olunması tələbi ilə ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa çıxdı.

Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “Erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri- 1992-ci il Xocalı soyqırımı Ramilin necə deyərlər “müasiridir”. Bundan başqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu? 2 və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həbs cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əff etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi???

Amma “İnsan ümid etdiyi müddətcə yaşayır” deyirlər. Yaşayırıq,ümid edirik.Haqq-ədalətin bərqərar olacağına ümid edirik. Amma bu ümidlə və bəzən də ümidsizliklə Ramilsizliyin 4-cu ilini də başa vurduq. Salam, məhbusluğun və Ramilsizliyin 5-ci ili!


 
Просмотров: 3238 | Добавил: hershey | Рейтинг: 0.0/0 |
Всего комментариев: 131 2 »
12.09.2011
13. Birisi
Dünya üzerinde 300 milyon Türk yaşamaktadır , gün gelicek 3 milyonluk Ermeni toumları sığınacak kapı bulamayacak.Türkiyeden kardeşlere selamlar.

28.02.2011
12. Elcin
biz Ramil SEFEROVLA fexr etmeliyik ve her gun Allaha duam edek ki RAMILI azadliga buragsinlar ve oz vetenimze qayitsin umud edek inwalla sag salamat geri qayidar

22.06.2010
11. leyla
her ona baxanda aglayiram dovlet bascilarimiz niye bizi aglar qoyur
ayaga qalx AZERBAYCAN

19.04.2010
10. tamerlan
AMIL SEFEROV VETEN OGLUDUR.INSALLAH U VAXT ONA AZ OLAR VE MEMLEKETINE GEDER AMIN...

09.10.2009
9. Nigar
Men ve menim kimi dusunenler!!! Eminem ki hamimizin en boyuk arzusu mehz Ramil Qardasimizin hebsden azad olmasidi bes ne ucun bir sey edilmir bu suali kime verek ozumuze yoxsa basdakilara Bir basci ki basciliq elediyi milletin ovladini qoruya bilmir o zaman buna ne demeli hec bilmirem!!!!!

14.08.2009
8. leyla
kas yuxaridakilrda bizim kimi dusunse belke onda hereket ederler zaman kecir yene bizimki hereket eziyyet cekir ilham eliyev terpenecekmi goresen yoxsaaa... birsey desin hecolmasa bele ilmazzaxi

11.06.2009
7. Cimnaz
Ramile Allahdan azadliq dileyirem.Sag salamat azerbaycana qayitsin.Anasi ve analar sevinsin.

25.05.2009
6. AzeriTurk
RAMILƏ AZADLIQ ERMƏNİYƏ ÖLÜM !!!!!!!!!!!!!
RAMİL KİMİ OĞULLA FƏXR EDİR BÜTÜN AZƏRBAYCAN !!!!!!!!!
ALLAH RAMİLİN BAĞLI QAPSINI ÜZÜNƏ AÇSUN !!!!!!!!
QOY ÇIXSUN AZADLIQA O !!!!!!!

18.11.2008
5. Bakinec
Salam Natavn xanim men sizin ile raziyam..Amma unutmayin ki, azerbaycanda her 3 neferden biri dovlet ishcisi bu dovletin bashinda ela bir insan dayanib ki onun elinden hec kes terpena bilmir gerek ilk once hokmeti deyishek soram nedense danishmaq olar Ramil kimi cox ogular gedib bu olkedeb ne olsun ne fayda kimler ise yatir pul yiqir biz ise bogazimizi daqidiriq ALLAH bunlara nehlet etsin

27.09.2008
4. Veten oglu
Yuxarda yazilan faktlari bu saitda yazmaq lazim deyil R.Seferovun mehkemesinde dmeke lazim idi hami inetde faktan danishir amma mehkemede bir nefer ireli durmadi ki R.Seferov uchun cixarilan hebs qerari tamamile haqqsizliqdir.Sizce bu veten oglu vetenine Milletine ve Bayragina gore bir Ermeni oldurdukden sonra ona komeklik gostermeyende ozluyunde pis olmaz,o veteni uchun bele bir laiqli hereket etdi biz vetendashlarda ona qarshi bele olduq.Amma ermeniler olsaydi her halda ele ona da 5-6 il hebs cezasi vererdiler.Halbu ki indi R.Seferovun resimleri ermeni mekteblerinde bir hedef kimi asilmishdir.Amma biz ele bosh-bosh danishmaqdan bashqa bir shey etmirik.Nese etmek lazimdir.....

1-10 11-13
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Бесплатный конструктор сайтов - uCozCopyright MyCorp © 2024